Azərbaycan məktəblilərinin robotları "InfoMatrix" beynəlxalq müsabiqəsində qızıl medal qazanıb - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan məktəblilərinin robotları "InfoMatrix" beynəlxalq müsabiqəsində qızıl medal qazanıb - FOTO - VİDEO - YENİLƏNİB Məktəblilər 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar
Elm və təhsil
18 Aprel , 2017 12:00
Azərbaycan məktəblilərinin robotları InfoMatrix beynəlxalq müsabiqəsində qızıl medal qazanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 18 aprel. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində keçirilən 15-ci "International Computer Project Olympiada-2017" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində Azərbaycan komandası iştirak edib.

Azərbaycan komandasının rəhbəri, informatika müəllimi Rövşən Zeynalov bildirib ki, "İnforMatrix" beynəlxalq layihə olimpiadası informatika fənni üzrə keçirilir. Müsabiqə dünyanın üç müxtəlif yerində Asiya, Amerika və Avropada keçirilir. Amerika və Asiya qitələrində birinci mərhələlər keçirilir, daha sonra yekun müsabiqə Ruminiyada keçirilir: "Biz keçən il də müsabiqəyə qatılmışdıq. Keçən il Rumıniyada final mərhələsinə qatılımışdıq. Bu il isə dəyişiklik etdik və Asiyada qatıldıq. Asiyada 20-yə yaxın ölkə iştirak edirdi. Orada yalnız bizim qatıldığımız kateqoriyada deyil, İKT sahəsi üzrə müxtəlif kateqoriyalardan olan layihələr var idi. Biz də gələcəyin sahəsi olan robotiks üzrə qatıldıq. İki ay çalışdıq. Nəticədə Azərbaycan komandası 4 qızıl, 2 gümüş 8 bürünc medal qazandı".

Müsabiqənin qızıl mükafatçısı Nurhan Mustafazadə bildirib ki, robotiks üzrə qatıldıqları yarışmada qızıl medalla qayıdıb və xarici ölkədə Azərbaycan bayrağını dalğalandırmaqdan qürur hissi keçirib.

Rəsul Salamov isə bildirib ki, məqsədləri birinci yer tutmaq olub və buna nail olaraq Azərbaycana qızıl medalla qayıdıblar.

*** 06.57

Bakı. 18 aprel. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində keçirilən 15-ci "International Computer Project Olympiada-2017" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan Azərbaycan məktəbliləri Vətənə qayıdıblar.

"Report" xəbər verir ki, 12 ölkədən 300-dən çox şagirdin qatıldığı yarışda Azərbaycanı 18 nəfərdən ibarət 9 komanda təmsil edib.

Doqquz və 11-ci sinif şagirdlərindən ibarət komandalar Qazaxıstan, Rusiya, Ermənistan və digər ölkələrdən olan rəqiblərlə mübarizə aparıblar. "Legosumo" və "Minisumo" robotlarını hazırlayan Ömər Qurbanlı, Rəsul Salamov, Ərturan İbrahimli və Nurhan Mustafazadə yarışın qızıl medallarına layiq görülüblər. Onlar öz hazırladıqları robotları xüsusi proqramla idarə ediblər.

Son xəbərlər

Orphus sistemi