Yuxarı
    Bağlamaq

    Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edib

    Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan İlahiyyat İnstitutu öz korporativ loqosunun müəyyən edilməsi məqsədilə müsabiqə elan edib. 

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisəsinin yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. 

    Müsabiqənin şərtləri aşağıdakılardır:

    1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirakçılar müsabiqədə fərdi və ya müştərək qaydada təmsil oluna bilərlər;

    2. Loqo müasir və beynəlxalq bir imicə sahib olmalı, Aİİ-nin dünyəvi bir elm və tədqiqat mərkəzi olduğu burada öz əksini tapmalıdır. Loqoda, həmçinin multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən elementlər də yer ala bilər;

    3. Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər. Loqo dizaynları müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək;

    4. Loqonun eskizi A4 formatda kağızda və ya CD disk şəklində Bakı şəhəri, Əhməd Cəmil 41 A ünvanına (Azərbaycan İlahiyyat İnstitutunun inzibati binası), eləcə də PDF formatında ilahiyyatinstitutu@gmail.com elektron ünvanına və ya İnstitutun rəsmi facebook səhifəsinə təqdim edilməlidir;

    5. Mükafat fondu 300 AZN nəzərdə tutulub;

    6. Loqo nümunələrinin son təqdimetmə tarixi 05.08.2018-ci il saat 24:00-a qədərdir;

    7. Müsabiqənin qalibi 2018-ci il avqustun 10-da elan olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi