Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib

Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib Aylıq təqaüdlər keçmişdə olduğu kimi, avro ilə deyil, funt sterlinqlə ödəniləcək
Elm və təhsil
23 İyul , 2015 18:05
Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin funt sterlinqlə verilməsinə dair Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilən "Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişiklik edilib.

"Son dövrdə Avropa ölkələrində baş verən maliyyə böhranı nəticəsində avronun məzənnəsində müşahidə olunan dəyişikliklər Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərimizin maddi vəziyyətinə də mənfi təsir göstərib. Tələbə və valideynlərin Təhsil Nazirliyinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla, 2015-2016-cı tədris ilindən etibarən Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin keçmişdə olduğu kimi, avro ilə deyil, funt sterlinqlə verilməsi barədə sözügedən Qaydalarda Təhsil Nazirliyi və Dövlət Neft Fondunun birgə vəsatəti əsasında Azərbaycan Nazirlər Kabinetinin 268 nömrəli 21.07.2015-ci il tarixli Qərarı ilə dəyişiklik edilib.

Bu addım, Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin təqaüdlərinin gələcəkdə son dövrlər avro məzənnəsində baş verən dəyişikliklərdən qorunmasını təmin edəcək", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi