Azərbaycan gəncləri beynəlxalq təlim kursunda Azərbaycanı təmsil edib

Azərbaycan gəncləri beynəlxalq təlim kursunda Azərbaycanı təmsil edib Kursu Macarıstan və Bolqarıstandan olan beynəlxalq təlimçilər aparıb
Elm və təhsil
28 Avqust , 2015 17:14
Azərbaycan gəncləri beynəlxalq təlim kursunda Azərbaycanı təmsil edib

Bakı. 28 avqust. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin fəal üzvləri Bolqarıstanın Razloq şəhərində Avropa Komissiyasının "Erasmus+" proqramının maliyyə dəstəyi ilə "Nifrət nitqinə yox" mövzusunda beynəlxalq təlim kursunda Azərbaycanı təmsil ediblər. Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirin keçirilməsində məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin fəal iştirakını təmin etmək və bu sahədə mövcud təcrübə mübadiləsi üçün uyğun şərait yaratmaqdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədilə tədbirdə Macarıstan, Türkiyə, Makedoniya, Estoniya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunub. Kursu Macarıstan və Bolqarıstandan olan beynəlxalq təlimçilər aparıb.

Beynəlxalq tədbir müddətində azərbaycanlı gənclər ölkədəki tolerantlıq mühiti , Azərbaycanda bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında tədbir iştirakçılarına məlumat verib.

Son xəbərlər

Orphus sistemi