Yuxarı

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası işçi axtarır

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası işçi elanı verib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Akademik rəngkarlıq və kompozisiya kafedrasında boş olan kafedra müdiri və Dizayn kafedrasında tam ştat, dosent vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

“Report” xəbər verir ki, sənəd qəbulu bir ay davam edəcək.

müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.

- rektorun adına ərizə;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal;

- ali təhsil, elmi dərəcə və elmi ad haqqında

sənədlərin surətləri;

- elmi və elmi-metodiki işlərin siyahısı.

Müsabiqə elan olunan müəssisədə çalışan şəxslər ərizə ilə birlikdə yalnız yaradıcılıq, elmi və elmi-metodiki işlərinin siyahısını rektorluğa təqdim edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi