Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universitetinə qəbul imtahanları keçirilir

    Mərkəzləşdirilmiş qəbul imtahanında 1 qrup üzrə 500 və daha çox bal yığan abituriyentlərdən 303 nəfəri UFAZ-a qəbul olmaq üçün qeydiyyatdan keçiblər

    Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universitetinə qəbul imtahanları keçirilir.

    "Report"un məlumatına görə, mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal yığan abituriyentlərdən 303 nəfəri UFAZ-a qəbul olmaq üçün qeydiyyatdan keçiblər.

    İmtahanda abituriyentlər riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə on test sualını cavablandırmalı və ingilis dilində iki esse yazmalı idi. İmtahan nəticələri iyulun 29-da məlum olacaq.

    İmtahandan  sonra təhsil nazirin müavini Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, valideynlər və abituriyentlərlə görüşüblər.

    Xatırladaq ki, UFAZ Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Universitetdə təhsil alan tələbələr, həm ADNSU, həm də Strasburq universitetin diplomunu alacaqlar. Ümumilikdə UFAZ-da 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, 160 tələbənin təhsil alması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi