​Azərbaycan Dövlət İqtisad Universitetində 3 fakültə ləğv olunub, yenisi yaradılıb

​Azərbaycan Dövlət İqtisad Universitetində 3 fakültə ləğv olunub, yenisi yaradılıb İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb
Elm və təhsil
15 İyul , 2016 11:28
​Azərbaycan Dövlət İqtisad Universitetində 3 fakültə ləğv olunub, yenisi yaradılıb

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni böyük fakültə yaradılıb.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı ali məktəbin Elmi Şurası qərar qəbul edib.

Qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək.

Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib.

Qeyd edək ki, bundan öncə, UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi