Azərbaycan Dillər Universitetində operativ qərargah yaradılıb

Azərbaycan Dillər Universitetində operativ qərargah yaradılıb Professor Əfqan Abdullayev tələbələrlə görüşlər keçirib
Elm və təhsil
28 Dekabr , 2016 20:21
Azərbaycan Dillər Universitetində operativ qərargah yaradılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Tərcümə, Filologiya və Jurnalistika, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşüb. 

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, görüşdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. 

Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə operativ qərargah yaradıldığını tələbələrin nəzərinə çatdırıb. O, tələbələri əmin edib ki, biliyin qiymətləndirilməsində obyektivlik və şəffaflıq tam təmin ediləcək, imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.

Görüş zamanı tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili və s. məsələlərlə bağlı təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi