Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Dillər Universitetində müəllimlərin əmək haqları artırılıb

    Kafedra müdirləri 1250 AZN, professor 1100 AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əmək haqları ilə təmin olunacaqlar

    Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əmək haqlarının artımı sahəsində növbəti dəfə yeniliklər aparılıb.

    Universitetin İctimaiyyətlə əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, ADU-nun Elmi Şurasının iyunun 8-də aldığı qərara əsasən, kafedra müdirləri 1250 AZN, professor 1100 AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əmək haqları ilə təmin olunacaqlar. Bu da əmək haqqının 30-35%-ə qədər artımı deməkdir. 

    Məlumatda bildirilir ki, ADU-da professor-müəllim heyətinin əmək haqqı minimum 500 AZN, maksimum 2000 AZN təşkil edir ki, bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

    Bu addım ödənişli əsaslarla təhsil alan tələbələlərin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsində atılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi