Yuxarı

​Azərbaycan Dillər Universiteti təhsil prosesini avtomatlaşdırır

Bununla bağlı ULTRA şirkəti ilə müqavilə imzalanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universiteti (ADU) təhsilin keyfiyyətini artırmaq məqsədilə "EduMan Platforması" əsasında təhsil idarəetmə sistemini tətbiq etmək üçün ULTRA şirkəti ilə müqavilə imzalayıb. Bu barədə "Report"a ADU-dan məlumat verilib.

Əsas məqsəd hazır "EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə" Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən tədris planı, tədris qrafiki, həm müəllimlər, həm tələbələr üçün nəzərdə tutulan dərs cədvəli və mövzu-tematik planını əhatə edəcək. Tədris prosesinin planlaşdırılması və tələbələrin şəxsi kabinetinin yaradılması kimi modulların pilot olaraq bir dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.

Bunun nəticəsində universitet tələbələr, işçi heyəti və müəllimlər üzrə mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatların rahatlıqla axtarıb tapmaqla təhlil edilməsi, tələbələrin operativ və rahat qeydiyyatdan keçirmək, tədris işinin, əsasəndə dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırması və tələbələrin mütəmadi olaraq xəbərlər, bildiriş, yeniliklər və dərs cədvəllərinə baxmaq üçün xüsusi şəxsi kabinetlərdən yararlanması sahələrində üstünlük qazanacaq. 

Gələcəkdə Azərbaycan Dövlət Dillər Universiteti "EduMan Platformasının" digər modullarını- elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarəedilməsi, elektron imtahan idarəetmə və digər sistemləri növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.

Qeyd edək ki, "EduMan" sistemi "Ultra" şirkəti tərəfindən hazırlanan və ADU-dan əlavə olaraq, Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), "Baku Oxford School"da (BOS), Təhsil Nazirliyi tabeliyində olan 5 kollecdə tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi