Yuxarı
    Bağlamaq

    Nizami Cəfərov: "Azərbaycan dilinin orfoqrafiya lüğətində olan 110 min sözün təxminən 40 mini qondarmadır"

    Komissiyanın sədr müavini: Növbəti nəşrlərdə bütün fikirlər nəzərə alınacaq

    Bakı. 29 fevral. REPORT.AZ/ "Azərbaycan dilinin orfoqrafiya lüğətində olan 110 min sözün təxminən 40 mini qondarmadır". "Report" xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının 2015-ci il üzrə hesabat məruzəsində deyib.

    Onun sözlərinə görə, lüğət "ab" sözü ilə başlayır: "Aba, abadan, abadanlaşdırma və s... kimi sözlərin mənasını Azərbaycanda çox az adam bilir".

    N.Cəfərovun fikirlərinə cavab olaraq komissiyanın sədr müavini Sayalı Sadıqova deyib ki, lüğəti komissiya deyil Dilçilik İnstitutu hazırlayır: "Qeyd edim ki, hər 5 ildən bir lüğət hazırlanır. Növbəti nəşrlərdə bütün fikirlər nəzərə alınacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi