Yuxarı

Azərbaycan dilinin normalarına əməl olunması ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Nəsimi rayonunda 408, Nərimanov rayonunda 429, Səbail rayonunda 462 norma pozuntusu qeydə alınıb

Bakı. 9 dekabr. REPORT.AZ/ “Küçə adları, reklam və afişaların dili ilə bağlı aparılan monitorinq zamanı Bakının üç rayon ərazisində 3800-dən çox obyektdə 1300-ə yaxın norma pozuntusu aşkarlanıb". “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitoriq qrupunun rəhbəri Rasim Heydərov deyib. 

Monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında R.Heydərov bildirib ki, araşdırma Bakının Səbail, Nəsimi və Nərimanov rayonlarının ərazisində aparılıb. O qeyd edib ki, aşkarlanan nöqsanlar tədqiqata cəlb edilib: “Obyektin növünə görə qruplaşdırdıqda nöqsanlar daha çox ticarət, iaşə obyektlərinin, ofislərin, müəssisələrin adlarında, yerdə qalanları isə digər obyekt adlarında qeydə alınıb. Şəhər mərkəzinə getdikcə norma pozuntuları daha da çoxalır. Sanki xarici ölkəyə daxil olursan”. 

Monitorinq qrupunun rəhbəri bildirib ki, aşkarlanan faktların çox hissəsi özəl obyektlərə aiddir. R.Heydərovun sözlərinə görə, Nəsimi rayonunda 408, Nərimanov rayonunda 429, Səbail rayonunda 462 norma pozuntusu qeydə alınıb. O qeyd edib ki, faktların 165-i obyekt adlarının payına düşür: “Digər kiçik göstəricilər isə müvafiq olaraq məlumat lövhəsi, reklam lövhələri və küçə adlarında qeydə alınıb. Nümunələrdə qeydə alınan başlıca nöqsanlar adın əcnəbi dildə və qrafika ilə, mətnin əcnəbi dildə yazılması ilə bağlıdır. Əcnəbi dildə və əcnəbi qrafika ilə 166, əcnəbi dildə isə 45 pozuntu aşkar olunub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi