Yuxarı
    Bağlamaq

    Azərbaycan alimlərinin I Qurultayının iştirakçılarının qeydiyyatı başlayıb

    Qurultay dekabrın 19-da keçiriləcək

    Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 19-da keçirilməsi planlaşdırılan Azərbaycan alimlərinin I Qurultayına qeydiyyat prosesi başlayıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaydığı məlumatda bildirilir.

    İştirakçılar akademiyanın rəsmi saytında nəzərdə tutulmuş bölməyə daxil olmaqla (http://ict.az/science_qurultay_qeyd/) qeydiyyatdan keçə bilərlər.

    Qeyd edək ki, AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq qurultayın işinin yüksək səviyyədə təşkil edilməsi üçün İşçi Qrupu tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, qurultayın proqramı işlənilib və gündəliyi müəyyənləşdirilib. Qurultayda xaricdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan alimlərinin, eləcə də dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı gözlənilir. Qurultayın gedişatının internet üzərindən canlı yayımlanması, çıxışların və müzakirələrin videokonfrans sistemi ilə təşkili də nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi