​Azərbaycan alimləri Avropanın elm mərkəzlərində qədim dilləri öyrənəcəklər

​Azərbaycan alimləri Avropanın elm mərkəzlərində qədim dilləri öyrənəcəklər 2015-ci ilin əvvəlində AMEA Rəyasət Heyətinə müraciət olunacaq
Elm və təhsil
29 Dekabr , 2014 09:29
​Azərbaycan alimləri Avropanın elm mərkəzlərində qədim dilləri öyrənəcəklər

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun mütəxəsisləri sanskrit, pəhləvi, yunan, latın dillərinin öyrənilməsi üçün Avropanın elm mərkəzlərinə göndəriləcək.

Bu barədə "Report"a Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva deyib.

Onun sözlərinə görə, İngiltərə, İtaliya, Almaniya, Rusiya ilə danışıqlar aparılır və kadrların 1-2 illik həmin mərkəzlərə elmi ezamiy­yətləri üçün 2015-ci ilin əvvəlində AMEA Rəyasət Heyətinə müraciət olunacaq.

Məhəbbət Mirzəliyeva bildirib ki, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı ilə bağlı hazırda çox işlər görülür. O deyib ki, Proqramdan irəli gələrək ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində İnstitutun yeni yaradılmış "Qədim dillər və mədəniyyətlər" şöbəsində layihələr hazırlanır.

M.Mirzəliyeva həmçinin qeyd edib ki, bu sahədə müəyyən çətinlikləri və əngəllər səbəbi ilə gənclərin uzunmüddətli elmi səfərlərə göndərmək imkanı məhdudlaşır: "İnanırıq ki, bu işdə operativliyin təmin olunması, mövcud nöqsanların aradan qaldırılması elm dalınca dünyanın sonuna getmək əzmində olan gənc doktorant və dissertanlara yaşıl işıq yandıracaq".

Son xəbərlər

Orphus sistemi