Yuxarı
    Bağlamaq

    Azərbaycan alimləri İsraildə təşkil olunacaq Dünya Elm Konfransında iştirak edəcək

    ​AMEA prezidenti İsrail səfiri ilə görüşüb

    Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrailin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb.Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

    Görüşdə akademik A.Əlizadə iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən, həmçinin İsrailə səfərindən danışıb. O bildirib ki, cari ilin fevralında bu ölkəyə səfəri zamanı İsrail Təbiət və Humanitar Elmlər Akademiyası, Qüds Universiteti, Təl-Əviv Universiteti, eləcə də digər elm və təhsil müəssisələrində keçirilən görüşlər onda xoş təəssürat yaradıb.

    Azərbaycanda elm və təhsilin inteqrasiyası, həmçinin elmi-innovativ layihələr barədə məlumat verən akademik A.Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Səfir R.Harpaz ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib. Səfir İsrailin elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin elmi-tədqiqat imkanları və elmi-biznes mühiti haqqında məlumat verib.

    Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi-tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar və azərbaycanlı tələbələr üçün İsrail universitetlərində təqaüd proqramları müzakirə edilib.

    Sonda R.Harpaz Azərbaycan alimlərindən ibarət nümayəndə heyətini bu ilin avqustunda İsraildə təşkil olunacaq Dünya Elm Konfransına dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi