Azərbaycan ali məktəblərinin qəbul reytinqi - SİYAHI

Azərbaycan ali məktəblərinin qəbul reytinqi - SİYAHI Ən zəif göstərici "Odlar Yurdu" Universitetinə məxsusdur
Elm və təhsil
30 Avqust , 2016 13:31
Azərbaycan ali məktəblərinin qəbul reytinqi - SİYAHI

Bakı. 30 avqust. REPORT.AZ/ 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da  plan yerləri tam dolmayıb.

“Report” universitetlərə olan maraq baxımından onların reytinq siyahısını hazırlayıb.

Qeyd edək ki, 2016/2017-ci tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41 736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 315 nəfər dövlət sifarişi əsasında, 22 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 % dolub.

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam (100 faiz), Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub. Ən zəif göstərici "Odlar Yurdu" Universitetinə məxsusdur: 11,3 faiz.

ALİ TƏHSİL MÜƏSSİSƏSİ Plan Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) Qəbul-olma faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr
üzrə cəmi
1 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 775 711 (174) 64 (20) 775 (194) 100.00
2 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 360 220 (205) 140 (70) 360 (275) 100.00
3 Bakı Ali Neft Məktəbi 135 122 (121) 14 (14) 136 (135) 100.00
4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 44 44 (17) 0 (0) 44 (17) 100.00
5 Azərbaycan Turizm və Menecment Universiteti 470 426 (78) 41 (5) 467 (83) 99.36
6 Milli Aviasiya Akademiyası 360 238 (173) 117 (65) 355 (238) 98.61
7 Azərbaycan Tibb Universiteti 995 922 (432) 49 (18) 971 (450) 97.59
8 Azərbaycan Dövlət Pedaqoji Universiteti 3055 2823 (1324) 146 (25) 2969 (1349) 97.18
9 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2370 1869 (1263) 434 (212) 2303 (1475) 97.17
10 Azərbaycan Dillər Universiteti 1505 1266 (490) 192 (37) 1458 (527) 96.88
11 Azərbaycan Dövlət İqtisad Universiteti 3565 2773 (987) 668 (108) 3441 (1095) 96.52
12 Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 230 220 (0) 2 (0) 222 (0) 96.52
13 Naxçıvan Müəllimlər İnstitutu 305 290 (62) 0 (0) 290 (62) 95.08
14 Bakı Dövlət Universiteti 5085 4154 (2213) 644 (136) 4798 (2349) 94.36
15 Naxçıvan Dövlət Universiteti 1165 1085 (430) 0 (0) 1085 (430) 93.13
16 Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 455 329 (56) 86 (27) 415 (83) 91.21
17 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 628 559 (113) 13 (0) 572 (113) 91.08
18 Lənkəran Dövlət Universiteti 860 774 (169) 0 (0) 774 (169) 90.00
19 "ADA" Universiteti 324 243 (0) 44 (0) 287 (0) 88.58
20 Bakı Slavyan Universiteti 986 699 (96) 169 (22) 868 (118) 88.03
21 Azərbaycan Texniki Universiteti 2145 1728 (659) 119 (28) 1847 (687) 86.11
22 Gəncə Dövlət Universiteti 1584 1330 (342) 30 (8) 1360 (350) 85.86
23 Azərbaycan Memarlıq və İnşaat Universiteti 1720 1324 (420) 145 (71) 1469 (491) 85.41
24 Azərbaycan Dövlət Dəniz Akademiyası 370 275 (115) 41 (4) 316 (119) 85.41
25 Azərbaycan Milli Konservatoriyası 155 122 (53) 7 (5) 129 (58) 83.23
26 Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.) 1445 1067 (638) 108 (51) 1175 (689) 81.31
27 Mingəçevir Dövlət Universiteti 635 505 (45) 0 (0) 505 (45) 79.53
28 Sumqayıt Dövlət Universiteti 1890 1464 (105) 26 (0) 1490 (105) 78.84
29 Bakı İslam Universiteti 125 89 (0) 8 (0) 97 (0) 77.60
30 Bakı Qızlar Universiteti 350 262 (0) 0 (0) 262 (0) 74.86
31 "Qafqaz" Universiteti 1048 705 (390) 28 (15) 733 (405) 69.94
32 "Naxçıvan" Universiteti (Naxçıvan şəhəri) 345 218 (0) 0 (0) 218 (0) 63.19
33 Bakı Biznes Universiteti 600 356 (0) 1 (0) 357 (0) 59.50
34 Bakı Musiqi Akademiyası 178 70 (38) 31 (26) 101 (64) 56.74
35 Xəzər Universiteti 785 368 (110) 21 (6) 389 (116) 49.55
36 Bakı Avrasiya Universiteti 510 248 (0) 3 (0) 251 (0) 49.22
37 Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.) 975 414 (13) 33 (2) 447 (15) 45.85
38 "Azərbaycan" Universiteti 465 211 (0) 0 (0) 211 (0) 45.38
39 Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti 380 166 (0) 2 (0) 168 (0) 44.21
40 Bakı Xoreoqrafiya Akademiyası 159 57 (9) 4 (0) 61 (9) 38.36
41 Azərbaycan Kooperasiya Universiteti 1145 406 (0) 7 (0) 413 (0) 36.07
42 Qərb Universiteti 455 104 (0) 10 (0) 114 (0) 25.05
43 "Odlar Yurdu" Universiteti 600 66 (0) 2 (0) 68 (0) 11.33
CƏMİ 41736 31322 (11340) 3449 (975) 34771 (12315) 83.31

Son xəbərlər

Orphus sistemi