Azərbaycan ali məktəblərinə qəbulla bağlı yekun statistika açıqlanıb

Azərbaycan ali məktəblərinə qəbulla bağlı yekun statistika açıqlanıb TQDK: Yüksək bal toplayanların seçdikləri ali məktəblər arasında Bakı Ali Neft Məktəbi də fərqlənib
Elm və təhsil
25 Noyabr , 2014 11:48
Azərbaycan ali məktəblərinə qəbulla bağlı yekun statistika açıqlanıb
Bakı. 25 noyabr. REPORT.AZ/ Bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib və onlardan 1727 nəfəri 600-baldan yuxarı nəticə göstərib. "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərib. Onlardan 5-i I qrupun, 2-si II qrupun, 2-si isə IV qrupun abituriyentləridir.

Yüksək ballı abituriyentlərin seçdikləri ali məktəblərə gəlincə, bunlar arasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, Bakı Ali Neft Məktəbi, "Qafqaz" Universiteti üstünlük təşkil edir.

Yüksək bal toplayanların seçdikləri ali məktəblər arasında Bakı Ali Neft Məktəbi də fərqlənib. Belə ki, 600-dən yuxarı bal toplayan 120 (6.96%) nəfərin hamısı I ixtisas qrupunda təhsil almağı seçib.

O həmçinin qeyd edib ki, prezident təqaüdçülərin 50 faizdən çoxu Bakı məktəblərinin məzunlarıdır.

Son xəbərlər

Orphus sistemi