Yuxarı
    Bağlamaq

    ​Azərbaycan universitetinin alimi Avstriyanın fəxri ordeni ilə təltif olunub

    Dosent Vilayət Hacıyev Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı roluna və Avstriya ədəbiyyatının tədqiqinə görə ordenlə təltif olunub

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) alimi Avstriyanın fəxri ordeni ilə təltif olunub.

    Bu barədə "Report"a ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

    Belə ki, Avstriya prezidenti  ölkənsinin  Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevi Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında töhfələrə, Avstriya ədəbiyyatının tədqiqinə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edilib.

    Xatırladaq ki, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi də 2013-cü ildə V.Hacıyevə Frans Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə “Tərcümə mükafatı” verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi