Yuxarı

Azərbaycan Təhsil Nazirliyi kollegiyasının tərkibi müəyyənləşib - SİYAHI

Bu qərar imzalandığı gündən qüvvəyə minir

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişilik edib.

Report xəbər verir ki, Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib. Onlardan 5 nəfərinin kollegiyaya üzvlüyü təsdiqlənib.

Kollegiyanın sədri Mikayıl Cabbarov, kollegiyanın üzvləri təhsil nazirinin müavinləri Ceyhun Bayramov və Firidun Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının sədri Mətin Eynullayevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi