​Ahıska türkləri Azərbaycan ordusuna dəstək olublar

​Ahıska türkləri Azərbaycan ordusuna dəstək olublar Bakı Slavyan Universitetində ahıska türkləri ilə görüş olub
Elm və təhsil
6 Aprel , 2016 04:20
​Ahıska türkləri Azərbaycan ordusuna dəstək olublar

Bakı. 5 aprel. REPORT.AZ/ “Mutikulturalizm ili” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) ahıska türklərinin Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib. Tədbirin əvvəlində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Professor Asif Hacıyev bildirib ki, 1944-cü ildə Stalinin əmri ilə ahıska türkləri öz vətənlərindən didərgin salınaraq sürgün ediliblər:

"Ana vətənlərindən amansızcasına qoparılan minlərlə ahıska türkü sürgün zamanı həlak olub, bütün siyasi hüquqlardan məhrum olunub. Bu əməksevər, mərd xalq tarix qarşısında ağır sınaqlardan qəhrəmancasına çıxıb. Ahıska türkləri 50-ci illərin sonlarında Azərbaycanın bir sıra bölgələrində məskunlaşıblar".

Tədbir iştirakçıları Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı veriblər. Erməni qəsbkarlarını ifşa edən şeirlər, ahıska şivəsində vətənpərvərlik ruhlu mahnılar səsləndirən şairlər Azərbaycan ordusuna uğurlar arzu edərək hər zaman onlarla birlikdə düşmənə qarşı döyüşə hazır olduqlarını deyiblər.

Son xəbərlər

Orphus sistemi