AXC-nin 100 illik yubileyinin qeyd olunmasına dair AMEA-nın Tədbirlər planı təsdiqlənib

AXC-nin 100 illik yubileyinin qeyd olunmasına dair AMEA-nın Tədbirlər planı təsdiqlənib Elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, həmçinin sərgilərin təşkili Tədbirlər planında yer alıb
Elm və təhsil
5 İyul , 2017 17:24
AXC-nin 100 illik yubileyinin qeyd olunmasına dair AMEA-nın Tədbirlər planı təsdiqlənib

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair AMEA-nın Tədbirlər planı təsdiq edilib. 

"Report"un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair İstiqlal bəyannaməsinin qəbul olunduğunu qeyd edərək AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrıseçkiliyin ləğv edildiyini söyləyib. Akademik AXC parlamentinin qəbul etdiyi qanunların dövlət müstəqilliyinin möhkəmləndirilməsi, mədəniyyət və maarifçiliyin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycan xalqının ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxladığını deyən akademik ümummilli lider Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi siyasətin xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirdiyini əlavə edib.

Akademik bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə rəhbərinin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamın bu diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.

Rəyasət Heyəti dövlət başçısının müvafiq Sərəncamının icrasından irəli gələn məsələlərin həlli və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər planının təsdiq olunması haqqında qərar qəbul edib. 

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutlarda 2017-2018-ci illər ərzində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, məqalələr, müxtəlif kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, həmçinin sərgilərin təşkili Tədbirlər planında yer alıb.

Son xəbərlər

Orphus sistemi