Yuxarı
    Bağlamaq

    Avstriya səfiri yeni yaradılan universitetin qonağı olub

    Görüşdə hər iki ölkədə turizmin müasir vəziyyəti və gələcək ikitərəfli əməkdaşlıq məsələlərinə münasibət bildirilib

    Bakı. 13 yanvar. REPORT.AZ/ Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov Azərbaycanda yeni fəaliyyət missiyasına başlayan Avstriyanın səfiri Axel Vexlə görüşüb. "Report" xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin yaydığı məlumatda bildirilir.

    Tanışlıq görüşündə ATMU-nun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Orxan Musa və universitetdə qonaq olan Avstriya Hava Yollarının sabiq prezidenti Mario Rehulka da iştirak edib.

    Rektor Cəfər Cəfərov yeni təyin olunan səfirlə məhz rəhbərlik etdiyi ali təhsil ocağında tanışlıq görüşündən məmnunluğunu diqqətə çatdırmaqla bərabər, böyük elçini ölkədə fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

    Tanışlıq görüşündə qonağa ali təhsil ocağının yaranma tarixi, xarici əlaqələri, gələcək hədəfləri barədə məlumat verilməklə bərabər, universitetin əsas tərəfdaşı-İMC Krems Tətbiqi Elmlər Universiteti ilə həyata keçirilən müştərək proqramın üstünlüklərindən də danışılıb. Avstriya- Azərbaycan arasında dinamik inkişafı şərtləndirən başlıca istiqamətlərlə bağlı aparılan fikir mübadiləsi zamanı əsasən hər iki ölkədə turizmin müasir vəziyyəti və gələcək ikitərəfli əməkdaşlıq məsələlərinə münasibət bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi