​Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək

​Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək Müraciətə Rusiya Coğrafiya Cəmiyyətinin Birinci vitse-prezidenti, akademik Kasimov baxıb
Elm və təhsil
12 Mart , 2015 12:24
​Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək

Bakı. 12 mart. REPORT.AZ/ Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək. Bu barədə “Report”a AMEA-dan məlumat verilib.

Bununla bağlı Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti, Rusiyanın müdafiə naziri Sergey Şoyqun Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun müraciətinə cavab məktubu göndərib.

Cavab məktubunda bildirilib ki, Azərbaycan Respublikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqındakı təklif Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən dəstəklənir: “Biz həmin ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin “Avrasiyanın çöllər aləmi” layihəsi üzrə tədbirlər sırasına daxil etməyi təklif edirik. Bu layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub”.

Sonda vitse-prezident Rusiya və Azərbaycan cəmiyyətləri arasında gələcək uğurlu və məhsuldar əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, R.Məmmədovun S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı müraciətinə Rusiya Coğrafiya Cəmiyyətinin birinci vitse-prezidenti, akademik N.S.Kasimov baxıb.

Son xəbərlər

Orphus sistemi