Yuxarı

Avropa Oyunları ilə əlaqədar bəzi imtahanlar təxirə salınıb

Oyunlara görə kütləvi tədbirlər həyata keçirməyə imkan yoxdur

Bakı. 6 fevral. REPORT.AZ/ "Bu il Azərbaycandakı məktəblərdə şagirdlər arasında monitorinq imtahanları V siniflər üzrə aparılmayacaq. Buna səbəb iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar cədvəlin məhdud olmasıdır". 

"Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlayan maklerlərlə keçirilən görüşdə çıxışı zamanı deyib.

TQDK sədrinin sözlərinə görə, oyunlara görə kütləvi tədbirlər həyata keçirməyə imkan yoxdur: "Ona görə də bu il monitorinq imtahanları yalnız VI və VII siniflər üzrə aparılacaq. Gələn il isə monitorinq imtahanları V siniflərdə Azərbaycan dili, Riyaziyyat fənni ilə yanaşı, başqa fənlərdən də təşkil olunacaq. Bir daha qeyd edirəm ki, bu imtahanlar şagirdlərin nəticələrinə təsir göstərmir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi