Malena Mard: "Avropa İttifaqı Azərbaycanda təhsil sahəsinin inkişafı üçün 19 milyon avro ayırıb"

Malena Mard: "Avropa İttifaqı Azərbaycanda təhsil sahəsinin inkişafı üçün 19 milyon avro ayırıb" "Təhsil sahəsi Azərbaycanın Aİ ilə əməkdaşlıq çərçivəsində prioritet məsələlərdəndir"
Elm və təhsil
12 Fevral , 2016 11:20
Malena Mard: Avropa İttifaqı Azərbaycanda təhsil sahəsinin inkişafı üçün 19 milyon avro ayırıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Avropa İttifaqı Azərbaycanda təhsil sahəsinin inkişafı üçün 19 milyon avro ayırıb".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mard deyib.

O, bu vəsaitin treninqlərə və peşə təhsilinin inkişafına sərf olunacağını vurğulayıb. M.Mard bildirib ki, təhsil sahəsi Azərbaycanın Aİ ilə əməkdaşlıq çərçivəsində prioritet məsələlərdəndir.

M.Mard, həmçinin Azərbaycanın təhsil proqramlarında, o cümlədən "Erasmus" və "Erasmus+" kimi layihələrdə çox fəal iştirak edən ölkə olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi