Yuxarı

​ATU rektoru imtahanların gedişini izləyib

Qış imtahan sessiyasına bir həftə əvvəldən start verilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov ATU-da qış imtahan sessiyasının gedişi ilə tanış olub. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Rektor imtahanları izləyib, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb. Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildiriblər.

İmtahanlar ATU-nun Virtual Test Mərkəzində (VTM), test üsulu ilə kompüterlər vasitəsilə aparılır. Hər bir tələbə VTM-də şəxsi kodu ilə sistemə daxil olub müvafiq fəndən 1 saat ərzində 50 sualı cavablandıraraq imtahan nəticəsini bilir.

İmtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunur. Burada hər gün 2300-2500 tələbə imtahan verir. Qeyd edilib ki, bu günədək imtahanlarda heç bir texniki problem yaranmayıb.

Qeyd edək ki, ATU-da qış imtahan sessiyasına bir həftə əvvəldən start verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi