Yuxarı
    Bağlamaq

    ​ATU-da dil-treninq təlimlərinə hazırlıq başlanılıb

    Əhliman Əmiraslanov bu gün yeni yaradılan otaqla tanış olub

    Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetində (ATU) TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) dil-treninq təlimlərinə hazırlıq başlanıb. 

    ATU-dan "Report"a verilən məlumata görə, layihə çərçivəsində ATU-da yeni avadanlıqlarla təchiz olunan otaq yaradılıb. Bu otaqda yeni multimediya sistemi quraşdırılıb, tədrisin müasirləşdirilməsi üçün bütün lazımi avadanlıqlar alınıb.

    ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bu gün yeni yaradılan otaqla tanış olub. O, gələcəkdə Tibb Universitetində daha bir belə otağın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

    ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın sözlərinə görə, bu layihə artıq iki ildir ki, davam edir: "ATU da sözügedən layihənin iştirakçısıdır. Layihə çərçivəsində bizim universitetin müəllimləri digər ali təhsil ocaqlarının müəllimləri ilə bərabər xarici ölkədə dil kursları keçirlər. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə xarici dil tədrisinin səviyyəsini yüksəltməkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi