Yuxarı
    Bağlamaq

    ​ATMU-da məzunların buraxılış mərasimi keçirilib

    Tədbirdə mədəniyyət və turizm naziri iştirak edib

    Bakı. 8 İyul. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Məzun-2015" adlı 6-cı buraxılış mərasimi keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə giriş sözü ilə Universitetin rektoru Cəfər Cəfərov çıxış edib.

    O çıxışında dörd illik zəhmətlərinin bəhrəsini gördüklərini bildirib:

    "Bu gün Azərbaycan sürətlə inkişaf edir, bu artıq özünü qeyri-neft sektorunda da göstərir. "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində qarşıya konkret hədəflər qoyulub. Burada turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur. Belə bir inkişaf üçün ilk növbədə peşəkar kadrların olması şərtdir və bu ehtiyacı odəmək üçün ölkə prezidentinin birbaşa təşəbbüsü ilə Azərbaycan Turizm İnstitutunun əsasında ATMU yaradılıb".

    Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib.

    Məzunları təbrik edən nazir 10 il əvvəl yaradılan Turizm İnstitutunun hazırda böyük və gələcəyi parlaq olan Turizm Universitetinə çevrildiyini bildirib:

    "ATMU-nun məzunları gələcəkdə Azərbaycanın turizm sahəsində ən lazımlı kadrlar olacaqlar. Azərbaycan iqtisadiyyatı enerji ilə bağlı olsa da, turizm sahəsi də günü-gündən inkişaf edir və biz Azərbaycanda turizmin gələcək uğurlarına inanırıq".

    Qeyd edək ki, 2015-ci ilin fevral və iyun yekun dövlət attestasiyalarında ATMU-dan cəmi 248 nəfər məzun olub. Onlardan 37 magistr, 211 bakalavr olub. Cəmi ATMU-dan məzun olanların sayı 1312 nəfərə çatıb.

    Mərasimdə ATMU-nun magistratura səviyyəsini bitirmiş 242 məzuna fəxri diplomlar, Azərbaycan-Avstriya turizm təhsil proqramı üzrə təhsil almış məzunlara isə ali təhsil ocağının diplomu ilə yanaşı Avstriyanın İMC Krins Tətbiqi Elmlər Universitetinin diplomu təqdim edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi