Yuxarı
    Bağlamaq

    Astarada Bilik Evi açılıb

    Bilik Fondunun Qax, Oğuz, İsmayıllı, Tərtər, Şəmkir, Nardaran və Astarada Bilik evləri fəaliyyət göstərir

    Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin açılışı olub.

    Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Bilk Evi rayonun Gənclər Evində fəaliyyət göstərəcək.

    Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova qeyd edib ki, bu günə qədər Astara sakinlərinin iştirakı ilə Fondun həyata keçirdiyi layihələr Bilik Evinin fəaliyyəti ilə daha da şaxələnəcək, intensivliyi və effektivliyi artacaq.

    Astara Gənclər və İdman idarəsini rəisi Ərçə Əliyevastaralıların oxumağa, öyrənməyə böyük üstünlük verdiklərini diqqətə çatdıraraq, Fondun layihələrinə rayon ziyalılarınındəstək verməyə hazır olduğunu vurğulayıb.

    Vurğulanıb ki, Astara Bilik Evi fəaliyyətini əhalinin təklifləri üzərində quracaq və layihələrində bölgənin xüsusiyyətləri və yerli əhalinin maraqlarını nəzərə alacaq.

    Proqrama uyğun olaraq, Astara Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

    Sənədə əsasən, bölgə əhalisinin dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan quruculuq işlərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkilini və həyata keçirilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, artıq Bilik Fondunun Qax, Oğuz, İsmayıllı, Tərtər, Şəmkir, Nardaran və Astarada Bilik evləri fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi