“ASAN peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı açıqlanıb

“ASAN peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı açıqlanıb Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub
Elm və təhsil
6 Oktyabr , 2016 10:48
“ASAN peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı açıqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4 286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub”.

“Report”un məlumatına görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən press-brifinqdə deyib.

O bildirib ki, qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

Nazirlik rəsmisi onu da xatırladıb ki, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib.

C. Valehov qeyd edib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb: “2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır”.

Son xəbərlər

Orphus sistemi