Azərbaycanda dini ayinlərdə istifadə olunan arxeoloji eksponat muzeyə təhvil verilib

Azərbaycanda dini ayinlərdə istifadə olunan arxeoloji eksponat muzeyə təhvil verilib Şəmkirçay və Gəncəçay arasındakı Qaracəmirli kəndi yaxınlığında arxeoloji qazıntılar zamanı aşkarlanıb
Elm və təhsil
16 Fevral , 2015 14:38
Azərbaycanda dini ayinlərdə istifadə olunan arxeoloji eksponat muzeyə təhvil verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına Azərbaycanın qədim tarixini, zəngin maddi və mənəvi mədəniyyətini özündə ehtiva edən maraqlı arxeoloji eksponat təhvil verilib.

"Report" xəbər verir ki, AMEA-nın yaydığı məlumatda bildirilir ki, eksponat 1984-cü ildə Şəmkirçay və Gəncəçay arasındakı Qaracəmirli kəndi yaxınlığında yerləşən 1 saylı kurqanda arxeoloq Münəvvər Hüseynovanın rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Arxeoloji tapıntı ağzının kənarlarındakı yuvalara dörd quş fiquru keçirilmiş çölmək tipli qabdan ibarətdir. Təəssüf ki, qabın əsli muzeyə təhvil verilməmişdir. Hazırkı qab əslinin qrafik təsviri əsasında muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Əmiryusif Zəvərov tərəfindən gipsdən düzəldilib və qara boya ilə rənglənib.

Qabın əsasən ayini məqsədlər üçün istifadə olunduğu ehtimal olunur.

Qeyd edək ki, eksponat Azərbaycanın qədim sakinlərinin ideoloji təsəvvürləri, dəfn adətləri, məşğuliyyətlərinin öyrənilməsində, eləcə də arxeoloji əsərlərin yazılmasında qiymətli əşyavi mənbə rolunu oynayacaq.

Son xəbərlər

Orphus sistemi