Yuxarı

​Araşdırma: ABŞ-da təhsilə maraq azalıb

Bu il ölkədə 1,6 mln. tələbə bakalavr pilləsi üzrə universiteti bitirib

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ Milli Təhsil Statistikası Mərkəzinin məlumatına görə, bu il ölkədə 1,6 mln. tələbə bakalavr pilləsi üzrə universiteti bitirib. “Report” xəbər verir ki, bu barədə tanınmış “Forbes” nəşri məlumat yayıb.

Məlumata əsasən, hazırda ABŞ əhalisinin 30%-ni bakalavr təhsilli vətəndaşlar təşkil edir. Ekspertlərin fikrincə, natamam ali yaxud kollec təhsilli milyarderlərin üstünlük təşkil etdiyi ölkədə təhsilə maraq azalıb.

ABŞ Dövlət Departamentinin Əmək Analizi İdarəsi isə ölkə əhalisinin gələcək illər üçün gəlirlərinin proqnozunu verib. Qurumun açıqlamasına görə, kollec təhsilli şəxslər həyatları boyu 2,78 mln. dollar qazanacaqlar.

ABŞ-da aparılan digər araşdırmalar isə insanlar arasında bloqçuluğun artdığını göstərir. Belə ki, insanlar bloqçu olmağın gələcəkdə biznes qurmağa imkan yaratdığını düşünürlər.

Qeyri-rəsmi statistikaya görə, bu gün ABŞ-da ən yaxşı iş axtarmaq üçün sayt “Twitter” hesab edilir. Dünyanın məşhur mikro-blogginq xidməti olan “Twitter” də bu faktı təsdiq edib. Adətən, işə götürənlər işçilərini atdıqları “twitt”dən daha çox, onların “retwitt” və “favorite”lərinə görə seçirlər. Məhz son illərdə işəgötürmələrin statistikası da bunu təsdiq edir. Buna görə də “Twitter” istifadəçilərə “retwitt” edən zaman və “favorite” seçərkən diqqətli olmalarını məsləhət görür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi