Yuxarı

Aprelin 3-də keçirilən sınaq imtahanına 2500-dən çox abituriyent gəlməyib

3 abituriyentin imtahan nəticələri ləğv edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də keçirdiyi sınaq imtahanının nəticələrini elan edib. 

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 48 123 abituriyentdən 2 566 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45 550 abituriyentin imtahan nəticələri yerləşdirilib.

Qeyd edək ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi