Yuxarı

Aprelin 19-da keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib

Bakı. 22 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 19-da keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən məlumata görə, imtahan nəticələri və cavab kartlarının qrafik təsvirləri saytda yerləşdirilib.

Belə ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 48 049 abituriyentdən 2 966 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib. 

Xatırladaq ki, abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, növbəti və sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi