​Anqola prezidentinin nümayəndələri ADNSU-da olub

​Anqola prezidentinin nümayəndələri ADNSU-da olub Görüşdə ADNSU-nin rektoru, Anqola prezidentinin nümayəndəsi və digər nümayəndələr iştirak ediblər
Elm və təhsil
21 İyul , 2016 18:55
​Anqola prezidentinin nümayəndələri ADNSU-da olub

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlər Neft və Sənaye Universitetində (ADNSU) Anqola Respublikasının nümayəndələri ilə görüş keçirilib. 

ADNSU-dan "Report"a verilən məlumata görə, görüşdə ADNSU-nin rektoru prof Mustafa Babanlı və Anqola prezidentinin nümayəndəsi Frederiko Ferraz Dominqos (Frederico Ferraz Domingos) və digər nümayəndələr iştirak ediblər.

M.Babanlı qonaqları salamlayaraq onları ADNSU-da qarşılamaqadan məmnun olduğunu deyib. Yüksəkixtisaslı kadrlar yetişdirdiyinə görə hər zaman ön cərgələrdə olan ADNSU-nun Anqola prezidenti Duş Santuş kimi məzunu ilə fəxr etdiyini bildirib. Rektor universitetin fəaliyyəti, tələbə və müəllim heyəti, eyni zamanda qarşıda duran planlarla bağlı məlumat verib.

“Mən çox fəxr edirəm ki, ADNSU-nun sizin kimi və prezidnet Duş Santuş kimi məzunları var. ADNSU həmişə ön sıralarda olan universitet olub bu gün də biz bunun üçün çalışırıq. Əsas məqsədimiz təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Universitetdə tələbələrin yaxşı təhsil almaları üçün hər bir imkanı yaratmağa çalışırıq”- deyə M.Babanlı vurğulayıb.

Yenidən Azərbaycana gəlməkdən və doğma univsersiteti ziyarət etməkdən məmnun qaldğını deyən Anqolalı nümayəndə Frederiko Ferraz Dominqos ADNSU-nun məzunu olduğu üçün fəxr etdiyini dilə gətirib.

“Mən bu gün evimə gəlmişəm. bizim ən gözəl günlərimiz burada keçib. Cənab Duş Santuş da hər zaman doğma universiteti xatırlayır. O, universiteti 1969-cu ildə bitirib. Buarada mənim 10 ilim keçib. Bütün müəllimlərimi xatırlayıram. Mən burada əvvəlcə kolleci sonra isə univseriteti bitirmişəm”- deyə qonaq diqqətə çatdırıb.

Bakıya 23 il sonra yenidən qayıtmaq və ADNSU-da olmaları münasibətilə prof M.Babanlı qonaqlara xatirə hədiyyəsi təqdim edib.

Sonda rektor qeyd edib ki, hər il keçmiş məzunları bir araya toplayan ADNSU növbəti il həmin tədbirdə Anqola prezidenti başda olmaqla bu ali məktəbin digər Anqolalı məzunlarını görməkdən şad olardı.

Daha sonra qonaqlar universitetin nəzdindəki Tarix muzeyində olub, eksponatlarla tanış olublar.

Son xəbərlər

Orphus sistemi