Yuxarı

Ankarada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb

​Azərbaycan ədəbiyyatı ilk dəfə antologiya şəklində türk oxucusuna təqdim olunub

Bakı. 11 iyul. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, “Bengü” nəşriyyatı tərəfindən çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə yazıb-yaratmış yazıçı və şairlərinin əsərləri yer alıb.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı bu formatda türk oxucusuna ilk dəfə təqdim olunur.

Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova uyğunlaşdırıblar.

Antologiyanın təqdimat mərasimi iyulun 14-də Ankarada, TÜRKSOY-un binasında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi