Anar: "Ortaq türk dilinin yaranması mümkün deyil"

Anar: "Ortaq türk dilinin yaranması mümkün deyil" "Azərbaycan­ dilində bəzi sözlərə konseptual yanaşma­ olmalıdır"
Elm və təhsil
29 Fevral , 2016 16:45
Anar: Ortaq türk dilinin yaranması mümkün deyil

Bakı. 29 fevral. REPORT.AZ/ "Ortaq türk dilinin yaranması mümkün deyil". "Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, ortaq dil yaratmağa çalışmaq əvəzinə, Türk dilləri arasından ünsiyyət, rabitə dili seçmək lazımdır: "Bütün türk xalqları arasında ünsiyyət dili Türkiyə türkcəsi seçilə bilər. Bu dil daha məqsədəuyğundur, çünki türk dilləri arasında ən zəngin, ən münasib dildir".

Xalq yazıçısı bildirib ki, Azərbaycan­ dilində bəzi sözlərə konseptual yanaşma­ olmalıdır: "Bəzi sözlər var ki, biz bü­tün dünyadan fərqli işlədirik. Məsələn, bütün dünya "sputnik", biz isə "peyk" deyirik. Bu halda komissiyanın adı dəyişməlidir, çünki "Terminologiya" rus sözüdür, "Teminoloji Komissiya" daha düzgündür".

Son xəbərlər

Orphus sistemi