Yuxarı

TQDK: Ana dili fənnindən imtahan verən şagirdlərdən 36 mindən çoxu "2" qiyməti alıb

Riyaziyyat fənnindən isə 42 min 476 şagird 2 qiyməti alıb

Bakı. 4 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında şagirdlərin fənnlər üzrə aldıqları qiymətlərə dair statistik göstəriciləri açıqlayıb.

“Report”un məlumatına görə, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) “2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) “2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) “2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) “2” qiyməti alıb. 

Xatırladaq ki, ümumilikdə bu imtahanlarda 104 476 nəfər IX sinif şagirdi, 84 589 nəfər XI sinif şagirdi iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi