Yuxarı

AMEA Zoologiya İnstitutuna yeni direktor təyin edilib

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün AMEA Zoologiya İnstitutunda AMEA prezidenti, akademik Akif Əlizadə, akademik-katib Əhliman Əmiraslanovun iştirakı ilə İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda İnstitutun direktoru vəzifəsinə yeni şəxsin təyin olunması məsələsi müzakirə edilib.

AMEA prezidentinin tövsiyəsi əsasında direktor vəzifəsinə İnstitutun informasiya və innovasiya şöbəsinin müdiri Elman Yusifovun namizədliyi irəli sürülüb.

Elmi Şuranın üzvləri tərəfindən E.Yusifovun Zoologiya İnstitutunun direktoru vəzifəsinə təqdimatı yekdilliklə qəbul olunub və təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi