Yuxarı
    Bağlamaq

    AMEA: Yeni Orfoqrafiya qaydaları indiyədək nəşr olunan yazılara şamil edilməyəcək

    © Report

    Bakı. 2 may. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsindəki yeniliklər bu vaxta qədər nəşr olunmuş ədəbi və mətbu əsərlərə, məqalələrə və ümumilikdə işıq üzü görmüş digər yazılara şamil edilməyəcək".

    Bunu "Report"a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İşçi Qrupunun üzvü Şahlar Məmmədov deyib.

    O bildirib ki, təklif olunmuş yeni maddələr təsdiqlənəcəyi təqdirdə belə klassik dövr Azərbaycan ədəbiyyatına aid olan Füzuli, Nəsimi və başqalarının əsərləri növbəti nəşrlərdə əvvəlki şəkildə, yəni olduğu kimi çap olunacaq.

    Ş.Məmmədovun sözlərinə görə, bu Qaydaların Dövlət İmtahan Mərkəzinin bu il tətbiq edəcəyi imtahan suallarına aiddiyyəti yoxdur: " Yaxın günlərdə Orfoqrafiya Komissiyası müzakirələrə başlayacaq. Layihə müzakirə edildikdən sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək".

    AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İşçi Qrupunun üzvü Şahlar Məmmədov

    Mütəxəssis qeyd edib ki, İşçi Qrupu ictimai rəyə və mütəxəssislərin fikirlərinə əsaslanıb: "Layihədə iki əsas prinsip özünü göstərir. Birinci prinsip odur ki, Orfoqrafiya qaydaları layihəsi Azərbaycan dilinin daxili imkanlarına, qanunauyğunluğuna əsaslanır. Qaydaların tərtibində başlıca meyar budur. İkinci ən vacib prinsip orfoqrafiya qaydalarının azərbaycançılıq prinsiplərinə əsaslanmasıdır. Dilin inkişafı, yazıda sadələşmə meyli mədəni səviyyənin göstəricisidir.

    "Əsgər-əskər" sözünün hansı samitlə yazılması sualına gəlincə Ş.Məmmədov bildirib ki, müzakirələr zamanı sözün "k" samiti ilə yazılışı məqbul sayılmayıb, yəni dilimizin xüsusiyyəti, millilik nəzərə alınıb, bu sözün yazılış forması olduğu kimi qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi