Yuxarı

AMEA yaxın günlər üçün geomaqnit qasırğası proqnozunu açıqlayıb

Martın 17-dən 23-dək baş verən geomaqnit qasırğası nadir təbiət hadisələrindən biri idi

Bakı. 26 mart. REPORT.AZ/ "Martın 17-dən 23-dək baş verən geomaqnit qasırğasını nadir təbiət hadisələrindən biri kimi qiymətləndirmək olar. Çünki bu, günəşin 24-cü 11 illik fəallıq tsiklinin ən güclü qasırğalarından biri idi". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, geomaqnit qasırğasının 9 ballıq şkala üzrə Kt indeksi 8-ə çatmışdı: "Bunun da həm bioloji, həm də texnoloji sistemlərə təsirləri haqqında kifayət qədər məlumatlar var. Günəş səthindəki 2297 nömrəli çox böyük ölçülü ləkənin yaxınlığında baş verən C9 sinfinə mənsub alışma nəticəsində nəhəng plazma kütləsi (tac kütlə atılması) Günəşdən ayrılıb və kosmik fəzaya doğru atılıb. Bundan ən müxtəlif gücə malik günəş alışmaları, həmçinin ən güclü rentgen sinfinə aid olan alışma da gözləmək olar. Baxmayaraq ki, ləkələrin sayı 57-dir. Maksimum dövrdə isə ləkələrin sayı 200-ə qədər çata bilər. Lakin ləkə qruplarından biri böyük alışma potensialına malikdir. Adətən bu cür alışmalar olarkən onlardan sonra plazma tac kütləsi atılırsa və ya günəş küləyinin sürəti artırsa bu bilavasitə geomaqnit qasırğanın yaranmasına səbəb olur. Dünən üçün günəşin səthinə 227 ləkə müşahidə olunub. Bu da o deməkdir ki, nəzərdə tutulan qiymətdən də artıq olub".

Rəsədxana rəsmisi onu da qeyd edib ki, yaxın dövrdə bu cür qasırğaların baş verməsi haqqında proqnoz vermək çətindir: "Çünki bu cür proqnozların etibarlılıq dərəcəsi aşağı olur. Ona görə də təxminən 24 və ya 48 saatlıq proqnoz verilə bilər. Qeyd olunan müddət ərzində isə heç bir güclü geomaqnit qasırğası gözlənilmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi