Yuxarı

​AMEA yanğından mühafizə üsullarına həsr olunmuş seminar keçirəcək

Tədbir oktyabrın 7-də baş tutacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçiriləcək. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbir AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-in Akademiyası və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi