AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib

AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub
Elm və təhsil
10 Dekabr , 2014 17:03
AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib. "Report" xəbər verir ki, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Belə ki, “AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə həvalə edilməsi haqqında” AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixli qərarının birinci bəndində akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.

AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi nəzərdə tutulan həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədilə müvafiq qərar qəbul edib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi