AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının adı dəyişdirilib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının adı dəyişdirilib Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti İsa Həbibbəyliyə həvalə edilib
Elm və təhsil
21 Yanvar , 2015 17:24
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının adı dəyişdirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ AMEA-nın yeni Nizamnaməsinə görə Akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin Aparatı adlandırılıb. "Report" xəbər verir ki, nizamnaməyə uyğun olaraq, AMEA Rəyasət Heyəti Aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin Nizamnamə və Əsasnamələrinin dəyişdirilməsi qərara alınıb.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.

Nizamnamədə AMEA-nın fəaliyyətinin dövrün tələblərinə uyğun təşkilini təmin edən, onun qarşısında yeni vəzifələr qoyan və bu vəzifələrin icrası məqsədilə geniş fəaliyyət istiqamətlərini müəyyənləşdirən, beynəlxalq əlaqələrin genişləndirilməsinə meydan açan, əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasını mümkün edən və s. bu kimi məsələlərin həlli ilə bağlı əsaslı müddəalar əksini tapıb. Yeni Nizamnamədən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib.

Yeni Nizamnamənin AMEA-nın bütün struktur bölmələri tərəfindən öyrənilməsi və fəaliyyətlərini onun tələblərinə uyğun təşkil etmələri üçün AMEA-nın Nizamnamə Komissiyası tərəfindən AMEA Rəyasət Heyəti Aparatının idarə və şöbələri, elmi bölmələri, regional elmi bölmələri, regional elmi mərkəzləri, elmi müəssisə və təşkilatlarında seminar məşğələlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 dekabr 2014-cü il tarixli qərarı ilə "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi" təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi