Yuxarı

AMEA Prezidentin sərəncamı ilə bağlı təkliflər layihəsi hazırlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi- pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın icrası üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) öhdəsinə düşən bir sıra vəzifələrlə bağlı təkliflər hazırlanıb”.

“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın Rəyasət Heyətinin yanvarın 18-də keçirilən iclasında deyib. 

O bildirilib ki, hazırda ölkədə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilir.

A.Əlizadə vurğulayıb ki, bu işlərin davamı olaraq Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncam imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi