​AMEA prezidenti Vatikana səfər edib

​AMEA prezidenti Vatikana səfər edib Səfər naşir Sandro Teti və Vatikanın Salesian Universitetinin professoru Qianfranko Koffel tərəfindən təşkil olunub
Elm və təhsil
29 Mart , 2015 12:54
​AMEA prezidenti Vatikana səfər edib

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Vatikanın bir sıra tarixi məkanlarına səyahət edib. AMEA-dan "Report"a verilən məlumata görə, səfər naşir Sandro Teti və prezidenti müşayiət edən Vatikanın Salesian Universitetinin prorektoru, professor Qianfranko Koffel tərəfindən təşkil olunub.

Səfər çərçivəsində AMEA prezidenti Müqqədəs Pyotr Məbədinin tikintisi ilə bağlı XVI əsrə aid bütün sənədlərin saxlanıldığı "Fabrika di San Pietro" arxivində olub. O, burada saxlanılan arxitektorlar Mikelancelo ve Berninin qədim əlyazmaları ilə yaxından tanış olub.

Akademik A.Əlizadə, həmçinin Vatikana səfər edən bütün dövlət başçılarına Papa tərəfindən hədiyyə edilən mozaikaların hazırlandığı Vatikan Mozaika Studiyasına da səfər edib.

AMEA prezidenti İtaliyanın görkəmli geoloqlarından olan, İtaliya Elmlər Akademiyasının üzvü, professor Annibal Mottana və Roma Universitetinin rektoru, professor Mario Panizza ilə də görüşüb. Vatikanda olmaqdan məmnunluğunu ifadə edən A.Əlizadə səfər çərçivəsində keçirilən görüşlərin elmi əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi