Bakı. 29 fevral. REPORT.AZ/ "Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsi məsələsindən imtina etməlidir". "Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının sədri Akif Əlizadə deyib.
O bildirib ki, şəxs adlarının tənzimlənməsi üçün xüsusi qurumlar yaradılmalıdır: "Şəxs adlarının tənzimlənməsi Terminologiya Komissiyasına səlahiyyətlərinə aid deyil. Komissiyanın əsasnaməsində şəxs adları ilə bağlı hər hansı bir bənd yoxdur. Komissiyanın tərkibindəki "Adlar, soyadlar şöbəsi" komissiyasından ayrılmalıdır".
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin tərkibində şəxs adlarının tənzimlənməsi ilə bağlı ayrıca komissiyanın yaradılmasını təklif edib. O bildirib ki, komissiyanın tərkibində bu qurumun fəaliyyəti görünmür.