AMEA prezidenti Tarix Muzeyinə xalça hədiyyə edib

AMEA prezidenti Tarix Muzeyinə xalça hədiyyə edib Xalçanın aşağı tərəfində latın hərfləriylə “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri toxunulub
Elm və təhsil
23 Fevral , 2016 20:23
AMEA prezidenti Tarix Muzeyinə xalça hədiyyə edib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın 70-ci ildönümüylə əlaqədar hazırlanan Gəncə xalçasını Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə verib.

Bu barədə “Report”a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, xalça yundan əl işi olub, üzərində AMEA-nın Rəyasət Heyətinin binasının təsviri, “Nizami”nin heykəli və ətraflarında Gəncə şəhərinə məxsus abidələrin təsviri həkk olunub. Xalçanın aşağı tərəfində latın hərfləriylə “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri toxunulub.

Son xəbərlər

Orphus sistemi