AMEA prezidenti: "Qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub"

AMEA prezidenti: "Qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub" "Bu il Akademiyanın 70 illik yubileyi təntənə ilə qeyd olunucaq"
Elm və təhsil
29 Aprel , 2015 11:22
AMEA prezidenti: Qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub

Bakı. 29 aprel. REPORT.AZ / "AMEA-nın ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı, məhz Azərbaycanın ümumi inkişaf strategiyası kontekstində dəyərləndirilməlidir". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə akademiyanın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Keçən ilin aprel ayında Akademiyanın ümumi yığıncağında proqram xarakterli qərar qəbul edildiyini xatırladan A.Əlizadə həmin vaxt qarşıya qoyulan məqsədlər istiqamətində bir sıra işlər görüldüyünü deyib: "AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub".

Hesabat ilində görülən işlərdən danışan akademik Azərbaycan Prezidentinin AMEA-nın 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzaladığını xatırladıb: "Bu il Akademiyanın 70 illik yubileyi təntənə ilə qeyd olunucaq. Hazırda tədbirin uğurla keçirilməsini təmin etmək məqsədilə müxtəlif istiqamətli elmi-təşkilati tədbirlər görülür".

Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirən A.Əlizadə bu seçkiləri yalnız Akademiyanın deyil, ölkənin elmi və ictimai həyatı üçün əlamətdar hadisə olduğunu bildirib. O, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin uğurla həyata keçirildiyini, vakant yerlərə 26 həqiqi və 50 müxbir üzvün seçildiyini əlavə edib.

Keçən ildə elm və təhsilin uğurlu inteqrasiyası istiqamətində də Akademiyanın fəaliyyətini uğurlu hesab edən A.Əlizadə AMEA-nın bir sıra elmi müəssisələri ilə bəzi ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılması, həmçinin birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalandığını bildirib, eləcə də əməkdaşlıq münasibətlərinin yalnız ali təhsil müəssisələrini deyil, həm də orta məktəbləri əhatə etdiyini vurğulayıb.

AMEA prezidenti 2014-cü ildə Akademiyada aparılan tədqiqatlar nəticəsində Azərbaycan alimlərinin əldə etdikləri bir sıra mühüm elmi nailiyyətləri yüksək qiymətləndirib və onlara işlərində uğurlar diləyib.

Son xəbərlər

Orphus sistemi