AMEA prezidenti: "Mikayıl Müşfiqin qalıqlarının tapılması məlumatlarının araşdırılması üçün komissiya yaradılacaq"

AMEA prezidenti: "Mikayıl Müşfiqin qalıqlarının tapılması məlumatlarının araşdırılması üçün komissiya yaradılacaq" Bakı. 1 noyabr. REPORT.AZ/ Bu günlərdə Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün komissiya yaradılacaq.
Elm və təhsil
1 Noyabr , 2018 16:10
AMEA prezidenti: Mikayıl Müşfiqin qalıqlarının tapılması məlumatlarının araşdırılması üçün komissiya yaradılacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bu günlərdə Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün komissiya yaradılacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, Mikayıl Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün çox böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, qalıqların M.Müşfiqə aid olub-olmamasına gəldikdə, bunu DNK analizinin tədqiqi və elmi araşdırmalar deyə bilər: "Güman edirəm ki, yaradılacaq komissiya bu məsələ üzrə fəaliyyətin nəticəsini ortaya qoyacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumlara göstəriş verib.

Son xəbərlər

Orphus sistemi